“Hər kəs üçün böyük təhlükə yaradacaq əsl komanda “Mançester Siti”dir”

“Liverpul”un sabiq hücumçusu Maykl Ouen İngiltərə çempionatının 19-cu turunun matçında “Mançester Siti”nin “Everton” üzərində qələbəsini (3:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunları deyib:

“Hər kəs üçün böyük təhlükə yaradacaq əsl komanda “Mançester Siti”dir. Hamı bu klubun xal itirdiyini görmək istəyir. Bu, titul yarışında mühüm an olardı, xüsusən, “Everton” güclü olduğu üçün. “Mançester Siti” şübhəsiz ki, tituldan asan şəkildə imtina etməyəcək”.

“Mançester Siti” 37 xal toplayıb və turnir cədvəlində 4-cü pillədədir. “Everton” 16 xalla 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button