“Bu andan sonra hara gedəcəyimi düşünməyə başladım” – Messi

Ötən ay “Barselona”dan PSJ-yə keçən Lionel Messi açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan argentinalı hücumçu, PSJ-yə keçmə səbəbini açıqlayıb:

“Barselona” mənim klubda qalmayacağımla bağlı paylaşım etdi. Bu andan sonra hara gedəcəyimi düşünməyə başladım. Davam etmək üçün bir klub tapmalıydım. Şanslıyam ki, bir çox klubdan təklif gəldi və onların arasında PSJ də oldu. Mənimlə ilk əlaqələri xoş oldu. Mənə dəyər verdiklərini göstərdilər. Həqiqətən, hazırda PSJ-də olduğum üçün çox xoşbəxtəm.

Başqa təkliflər də var idi, ancaq qərarımı tez verdim. Danışıqlar başladı və PSJ-nin layihəsini bəyəndim. Klubun hədəfləri böyükdür. Bu, məni təsirləndirdi”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.