Osimhen “İnter”lə oyunu buraxa bilər

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya A Seriyasının 29-cu turunda “İnter”lə oyunda meydana çıxmaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı nigeriyalı futbolçu əzələ yorğunluğuna görə oyunun heyətinə daxil edilməyə bilər.

“Napoli” bu gün, səfərdə “İnter”lə qarşılaşacaq.

Osimhen bu mövsüm neapolluların heyətində bütün turnirlərdə 24 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button