“Mənə hücum edən şəxsin simasını heç vaxt unutmayacam” FOTOLAR

2016-cı ildə evində bıçaqlı hücuma məruz qalan çexiyalı tennisçi Petra Kvitova, yaşadıqlarını danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kvitova, hadisəylə bağlı məhkəmədə bunları deyib:

“Hücum edən şəxs məndən nə qədər pulum olduğunu soruşdu və mən də, “1000 kunam (440 dollar) var” dedim. O, pulları alıb qaçdı və mən dərhal, polisə zəng vurdum.

Beş barmağım kəsilmişdi. Dörd saatlıq bir əməliyyat oldu və beş aylıq sağalma prosesi keçirdim.

Mənə hücum edən şəxsin simasını heç vaxt unutmayacam”.

Sol əlindən əməliyyat olan Kvitova, 2017-ci ildə yenidən tennislə məşğul olmağa başlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button