“Onun komandada qalıb-qalmayacağını bilmirəm” – Valverde

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde klubdakı gələcəyi müzakirə olunan İvan Rakitiçlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, 31 yaşlı futbolçunun klubdakı gələcəyinin dəqiqləşmədiyini deyib:

“Rakitiç bizim üçün çox vacib futbolçudur. Onun komandaya verdiyi fayda ortadadır. Hazırlıq dövrünü də yaxşı keçirir, amma onun komandada qalıb-qalmayacağını bilmirəm. Buna klub qərar verəcək”.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan xorvat futbolçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button