“Mbappenin yoxluğunun bizə təsiri olacaq, amma…” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın zədəli futbolçusu Kilian Mbappenin vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis, “Sent-Etyen”lə Fransa kubokunun final matçında (1:0) zədələnən Mbappenin UEFA Çempionlar Liqasında “Atalanta” ilə oyunda olmayacağını bildirib:

“Mbappenin yoxluğunun bizə təsiri olacaq, amma buna bir həll tapacağımıza ümid edirəm. Onun “Atalanta”ya qarşı oyunda meydana çıxa biləcəyinə ümid edirik, amma ehtimal çox azdır. Hər gün çox vacibdir, ancaq bu oyunda Kilian olmadan oynamalı olacağıq”.

PSJ ÇL-in 1/4 final mərhələsində avqustun 12-də “Atalanta” ilə qarşılaşacaq.