“Qızıl top”un sahibini çalışdırmaq mənim üçün böyük şərəfdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun futbolçuları Tibo Kurtua və Kərim Benzemanın mükafatları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı məşqçi, bu futbolçuları çalışdırmağın böyük şərəf olduğunu deyib:

“Dünyanın ən yaxşı qapıçısını və “qızıl top”un sahibini çalışdırmaq mənim üçün böyük şərəfdir. Dostlarım Tibo və Kərimi təbrik edirəm”.

Kurtua ən yaxşı qapıçı kimi Lev Yaşin mükafatını, Benzema isə 2022-ci ilin ən yaxşı oyunçusu kimi “qızıl top”u qazanıb.

“Real” ötən mövsüm Ançelotti ilə birlikdə İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button