“Onlar bunu çox yaxşı bacarırlar” – Reşford

“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının 25-ci turundan təxirə salınan “Brentford”la matçı (1:0) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli forvard oyunun asan keçmədiyini deyib:

“Əsas qələbə qazanmaqdır. Biz yaxşı mübarizə apardıq. Oyun asan keçmədi. “Brentford”u məğlub etmək çətindir. 5-6 futbolçu ilə müdafiə olunurlar. Onlar bunu çox yaxşı bacarırlar”.

“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 53 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button