“Ona görə də, Mahirə şans verdim” – Çaçiç

“Dinamo”nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, baş məşqçi “Çelsi” ilə matçda şans verdiyi azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Emreli bu mövsüm Çempionlar Liqasında meydana çıxmamışdı. Ona görə də, ona şans verdim, meydana buraxmaq qərarına gəldim. Baturina həm təsnifat mərhələlərində, həm də qrup oyunlarında çox oynadı”.

Emreli Londonda keçirilən matçın 70-ci dəqiqəsində meydana çıxıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button