
“Olise “Real” üçün idealdır”
“Real”ın sabiq yarımmüdafiəçisi Sami Kxedira “Bayern”in vingeri Mikael Olise haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Olisenin “Real”ın transfer strategiyasına tam uyğun olduğunu söyləyib:
“O, “Real” üçün idealdır. Madrid klubu onu ciddi şəkildə nəzərdən keçirmirsə, bu, çox qəribədir. Klub yaşlı oyunçulara böyük pullar xərcləməkdənsə, gənc və perspektivli oyunçulara yatırım etməyə üstünlük verir”.
“Kral klubu”nun prezidenti Florentino Peres 24 yaşlı futbolçunun transferində maraqlıdır və “Bayern”ə 160 milyon avro civarında təklif irəli sürülə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



