
Amorim Kamilo Duranın komandası ilə oyundan danışdı
“Milan”ın baş məşqçisi Ruben Amorim “Seltik”lə yoxlama oyununda 2:2 hesablı heç-heçədən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularının yeni oyun fəlsəfəsinə uyğunlaşacağına inandığını bildirib:
“Topa nəzarət etməyə çalışdıq. Meydanın hər yerində yüksək təzyiq tətbiq etdiyimiz üçün bəzi çətinliklər yaşadıq. Hələ üzərində işləməli olduğumuz çox məqam var. Fiziki cəhətdən daha yaxşı hazırlaşacağıq və oyunu daha düzgün “oxuyacağıq”. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışdılar. Bu, asan deyildi. Xüsusilə, qol buraxdığımız epizodlarda daha yaxşı çıxış edə bilərdik. Amma cəmi iki həftə birlikdə çalışmışıq və bu, normaldır”.
“Milan”ın qapısına qollardan birini “Qarabağ”dan ayrılıb “Seltik”ə keçən Kamilo Duran vurub.
Bizi Facebook-da izləyin



