“Olimpiakos” Konfrans Liqasının qalibi oldu

Avropa Konfrans Liqasının qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Yunanıstanın “Olimpiakos” və İtaliya təmsilçisi “Fiorentina” klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı “AEK Arena”da baş tutan matçın əsas vaxtı qolsuz bitib. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan Ayub El Kaabi “Olimpiakos”un qələbə qolunun müəllifi olub.

“Qırmızı-ağlar” tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.

Konfrans Liqası
Final
29 may

“Olimpiakos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) 1:0
Qol
: Kaabi, 116
Baş hakim: Artur Diaş
Afina, “AEK Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button