
Okan Buruk: “Hələ heç nə bitməyib”
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk mütəxəssis ilk matçda qələbə qazandıqlarını (1:0) xatırlatsa da, qarşıda daha çətin sınağın olduğunu vurğulayıb:
“Biz evdə qalib gəldik, amma hələ heç nə bitməyib. Qarşıda rəqib meydanında növbəti çətin oyun var. Futbolçularıma inanıram. Artıq təsəvvürümdə onların sona qədər necə mübarizə aparacaqlarını canlandırıram”.
Okan Buruk bildirib ki, növbəti mərhələyə yüksəlmək təkcə klub deyil, ümumilikdə Türkiyə futbolu üçün də əlamətdar hadisə ola bilər.
Türkiyə klublarının Çempionlar Liqasındakı ən yaxşı nəticəsi 1/4 final mərhələsidir. Bu mərhələyə daha əvvəl “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” yüksəlib.
“Liverpul” – “Qalatasaray” matçı bu gün keçiriləcək və oyunu polşalı hakim Şimon Marçinyak idarə edəcək. Hakimin start fiti saat 00:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



