Modriçdən Türkiyə xatırlatması

Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç braziliyalı futbolçu Rodriqo haqda fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real”da komanda yoldaşı olan “sambaçı”nı təsəlli etdiyini deyib:

“Bu, hər kəsin başına gələ bilər. Rodriqonu təbrik etmək lazımdır. Belə matçlarda penalti vurmaq üçün güc gərəklidir. Hər kəs uğursuz ola bilər. Mən onu təsəlli etdim. Rodriqoya 2008-ci ildə Türkiyəyə qarşı oyunda penaltini qaçırdığımı dedim”.

Modriç, Xorvatiya yarımfinala çıxdığı üçün şad olduğunu dilə gətirib:

“Məğlubiyyəti qəbullanmaq asan deyil. Əminəm ki, o, daha da güclənəcək, daha çox təcrübə qazanacaq. Hamı uğursuz ola bilər. Mən Rodriqonu dəstəklədim. Təəssüf ki, o, uduzanlar arasında yer alır. Onunla çox yaxşı münasibətim var. Yarımfinala yüksəldiyimiz üçün çox şadam”.

Xorvatiya millisi DÇ-2022-nin 1/4 finalında Braziliyanı məğlub edib (penaltilər – 4:2). Onlar yarımfinalda Argentina ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button