“O, öz davranışı ilə digərlərinə nümunədir” – Modriç

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç komanda yoldaşı Qaret Beyllə bağlı açıqlama verib

Komanda.az İspaniya məbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, Beylin “kral klubu”nda xoşbəxt olduğunu deyib:

“Beyllə bir-birimizə çox bənzəyirik. Biz çox utancağıq və bəzən çox danışmırıq. Komandada çox yaxşı atmosfer var və Beyl burdakı futbolçularla çox yaxşı anlaşır. O, Madriddə olmaqdan və dünyanın ən yaxşı klubunda oynamaqdan məmnundur. Hər kəsin öz yolu və biz hər kəsin düşüncəsinə hörmət etməliyik. O, öz davranışı ilə digərlərinə nümunədir. Biz onunla bir-birimizi çox yaxşı başa düşürük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button