“O, bizim üçün həqiqətən vacib oyunçudur” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin “Viktoriya” (Plzen) ilə oyunundan əvvəl hücumçu Romelu Lukakunun durumu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnzaqi, belçikalı futbolçunun yoxluğunun onlar üçün böyük itki olduğunu deyib:

“Romelu geri dönmək üçün böyük həvəslə, istəklə işləyir. Çərşənbə axşamı məşqini buraxdı, lakin sağalması göz qabağındadır. O, bizim üçün həqiqətən vacib oyunçudur. İki aylığa olmadı və bu, ciddi itki idi.

Məncə, Lukaku olmasa da, digər hücumçular yaxşı çıxış etdilər. “Bayern”lə matçdan başqa, həmişə qol vurmuşuq. Aydındır ki, Romelunun qayıdışı bizə daha yaxşı olmağa imkan verəcək”.

Çempionlar Liqasında hazırda 4 xalla qrup üçüncüsü olan “Barselona” “Bayern”dən 8, “İnter”dən 3 xal geri qalır. Şəxsi oyunlarda katalonları üstələyən milanlılar bu gün autsayder “Viktoriya”nı qəbul edəcək. “Barsa” isə “Bayern”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button