“Nyukasl”ın yarımmüdafiəçisi üçün il bitdi

İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Mett Riçi bu il bir daha meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, buna onun növbəti dəfə əməliyyata məruz qalması səbəb olub.

Xatırladaq ki, ayağından aldığı zədə səbəbindən avqust ayında əməliyyat olunan futbolçunun bərpa prosesi istənilən səviyyədə keçməyib. Bu üzdən də o, növbəti dəfə bıçaq altına uzanmalı olub.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Riçinin ən yaxşı halda yanvar ayında sıraya dönməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button