Elmar Baxşıyev: “Qarabağ” üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik”

“Qarabağ” fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.

İngiltərə klubu ilə oyunlarla bağlı “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin fikirlərini öyrəndik. Komanda.az saytına açıqlama verən Baxşıyev, “Nyukasl”la matçlarda “Qarabağ”a inandığını bildirdi:

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə, eləcə də, pley-off mərhələsində oynamaq hüququ qazanmaqla ciddi uğur əldə edib. Zatən 10 ildən artıqdır ki, daim avrokubokların qrup mərhələsində çıxış etmək çəkilən əziyyətin, görülən işin və səbrin nəticəsidir. “Nyukasl”la oyunlarda da təmsilçimizə inanıram”.

O, “köhlən atlar”ın bu mərhələdə uğur qazanmaq şansı barədə nikbindir:

“Düzdür, bizimkilərin İngiltərə klubları ilə oyunları alınmır. Ancaq bir neçə ay əvvəl Bakıda “Çelsi” ilə keçirilən oyunu (2:2) xatırlasaq, deməli, qələbə qazanmaq, mərhələ adlamaq mümkündür. Qurban müəllim (Qurban Qurbanov) bunu daha yaxşı bilir və hamıdan çox istəyir. Biz təmsilçimiz üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik. “Qarabağ”a uğurlar arzulayıram və inanıram”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button