“Nyukasl” fəaliyyətini dayandırdı

İngiltərənin “Nyukasl” klubu fəaliyyətini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, ölkə ərazisində və bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar klubun fəaliyyətinə iki həftəlik fasilə verilir.

Xəbərdə o da bildirilib ki, “Nyukasl”ın heç bir əməkdaşında və ya futbolçu-məşqçi heyətində koronavirusa yoluxan yoxdu. Bu üzdən də komanda karantinə alınmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button