Noyerlə yeni müqavilə bağlandı – rəsmi

Almaniyanın “Bayern” klubu rəsmi saytı vasitəsi ilə qapıçı Manuel Noyerlə müqavilənin uzadıldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

36 yaşlı futbolçu 2011-ci ildən “Bayern”də çıxış edir. O, 2017-ci ildən komandanın kapitanıdır.

Noyer 2021/22 mövsümündə Almaniya klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib, qapısından 36 top buraxıb.

O, “Bayern”lə 10 Almaniya çempionluğu, 5 Almaniya kuboku qazanıb və 6 dəfə Almaniya superkubokunun qalibi olub. Noyer həmçinin, iki dəfə Çempionlar Liqasının, Klublararası dünya çempionatının və Avropa superkubokunun qalibi adını qazanıb.

Bizi Telegramda izləyin