“Bu gün tam əksi oldu” – Noyer

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Hollandiyaya 3:2 hesabı ilə qalib gələn Almaniya millisinin qapıçısı Manuel Noyer açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı, oyunun çətin keçdiyini deyib:

“Hollandiya ilə UEFA Millətlər Liqasının oyununda son anda qələbəni əldən verdik. Bu gün isə tam əksi oldu. İlk hissədə problemlərimiz var idi. Yaxşı komanda ilə qarşılaşırdıq. Oyun bizim üçün çətin keçdi. Xüsusilə, hesab bərabərləşəndə çətin oldu. Buna baxmayaraq, meydanda yaxşı mübarizə apardıq və nəticə əldə edə bildik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button