Noyer milli karyerasını bitirə bilər – Tezliklə

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer yığma komandadakı gələcək karyerası haqda danışıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Noyer, DÇ-2022-nin qalibi olsalar, milli ilə vidalaşmaq haqda düşünəcəyini deyib:

“Güman edirəm ki, bu, mənim üçün son dünya çempionatı olacaq. Amma kim bilir, bəlkə, bu, mütləq belə olmayacaq. Çox şey baş verənlərdən asılı olacaq. DÇ-2022-də qalib gəlsək, bəlkə, hətta milli ilə vidalaşmaq haqda düşünəcəm. Dünya çempionu olmaq istədiyimizi söyləməkdən çəkinmirəm. Amma bilirik ki, çempionluğa çoxlu layiqli iddiaçılar var”.

DÇ-2022 noyabrın 20-də Qətərdə başlayacaq. Almaniya millisi İspaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button