“Mən oynamaq istəyirəm” – Maquayr

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr “Vest Hem”ə keçməmə səbəbini açıqlayıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu daha çox meydanda olmaq istədiyini etiraf edib:

“Mövsümün ilk dörd oyununa start heyətində başlamadım. Amma mən futbol oynamaq istəyirəm. “Vest Hem”? Sadəcə razılaşa bilmədik və mən burada qalmaq istədim. “Mançester Yunayted” mənim qalmağıma, mən isə heyətdəki yerim üçün mübarizə aparmağa şad oldum. Mən bunu etmək istəyirəm və hər dəfə məşq edəndə və ya oynayanda bunun üçün əlimdən gələni edirəm. Mən oynamaq istəyirəm. İlk dörd həftə çətin idi, çünki həftədə bir oyun olurdu və baş məşqçi məni seçmədi. Amma indi qarşıda bizi çoxlu oyun gözləyir və oynayacağıma əminəm”.

Maquayr bu mövsüm İngiltərə çempionatının 4-cü turunun “Arsenal”la oyununda (1:3) cəmi 23 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button