Norveçli futbolçu Super Liqa klubunda

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi əslən Bosniya və Herseqovinadan olan norveçli Zlatko Tripiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı cinah oyunçusu ilə 1,5 + 1 illik müqavilə imzalanıb.

Tripiç son iki mövsümü ölkəsinin “Vikinq” klubunda keçirib. O, daha öncə “Egersund”, “Molde”, “Fredrikstad”, “Start”, “Qroyter”, “Şerif” (Tiraspol) kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button