“Nitsa” və “Monako”dan növbəti qələbə

Fransa Liqa 1-də 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Olimpik” (Lion) – “Mets” görüşündə qalib müəyyənləşməyib. “Nant” evdə “Reyms”ə, “Tuluza” isə “Havr”a uduzub. “Monako” evdə “Brest”ə, “Nitsa” isə “Renn”ə qalib gəlib.

Hazırda 25 xalı olan “Nitsa” vahid liderdir. PSJ 24 xalla ikinci, “Monako” isə 23 xalla üçüncüdür. “Reyms” 20, “Lill” 19, “Brest” 15, “Havr” və “Nant” 14, Marsel “Olimpik”i və “Lans” 13 xal toplayıblar.

Fransa Liqa 1
11-ci tur

3 noyabr

PSJ – Monpelye 3:0
Qollar: Li Kan, 10. Zair-Emeri, 58. Vitinya, 66.

4 noyabr

Loryan – Lans 0:0

Olimpik (Marsel) – Lill 0:0

5 noyabr

Olimpik (Lion) – Mets 1:1
Qollar: Alvero, 84 – Callou, 77.

Strasburq – Klermon 0:0

Nant – Reyms 0:1
Qol: İto, 75.

Tuluza – Havr 1:2
Qollar
: Dallinqa, 49 – Bayo, 83; 90+4.

Monako – Brest 2:0
Qol: D.Zakariya, 16. Qolovin, 69.

Nitsa – Renn 2:0
Qollar: Boqa, 45. Mandanda, 87-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button