Niderlandlı məşhur hakim karyerasını bitirir

Niderlandlı FİFA referisi Byörn Kuypers hakimlik karyerasını bitirəcək.

Komanda.az xəbər verir ki, 48 yaşlı referi son olaraq avqustun 7-də, Niderland superkuboku çərçivəsində keçiriləcək “Ayaks” – PSV matçını idarə edəcək.

Kuypers hakimlik karyerasına 2002-ci ildə başlayıb. O, 2 dəfə dünya, 3 dəfə Avropa çempionatında iştirak edib. Bundan başqa, niderlandlı referi Çempionlar Liqasında 1, Avropa Liqasında isə 2 dəfə final matçında ədalət təmsilçisi olub.

Kuypers bu il keçirilən Avropa çempionatının final görüşünü idarə edib.