“Neymarla həmişə hörmətə əsaslanan münasibətim olub” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymarla münasibətindən danışıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı fransalı forvard Neymarla münasibətlərinin qarşılıqlı hörmət üzərində qurulduğunu deyib:

“Mənim Neymarla həmişə hörmətə əsaslanan münasibətim olub. Münasibətimizin bir az soyuduğu, bir az daha isti olduğu anlar olur. Lakin görəcəksiz ki, biz ən yaxşı dostuq, bəzən o qədər də ünsiyyət qurmuruq, münasibətimizin xarakteri belədir”.

Hücumçu, 30 yaşlı braziliyalının Paris klubunda böyük rol oynadığını qeyd edib:

“Onun özünə, komandadakı oyununa və PSJ-dəki əhəmiyyətinə böyük hörmətim var. Belə güclü xarakterə malik iki oyunçu olanda həyat başqa cür olur. Əlbəttə, hərdən nəsə olur, amma bu, həmişə PSJ-nin hörmət və maraqlarına uyğun olaraq qalır”.

Mbappe bu mövsüm PSJ-nin heyətində 5 matçda 7 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button