“Neymarın gəlişi Fatinin inkişafına mane ola bilər”

İspaniyanın “Barselona” klubunun idman direktoru Erik Abidal PSJ-nin futbolçusu Neymarın mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, braziliyalı futbolçunun mümkün qayıdışı ilə bağlı bunları deyib:

“Bu, istənilən futbolçu üçün yaxşı seçimdir. Eyni zamanda, Kike Setyen Neymar və ya başqa eyni səviyyəli futbolçuya məşqçilik etməkdən qürur duyardı”.

Klub rəsmisi, “Neymarın gəlişi Ansu Fatinin inkişafına mane olarmı” sualına belə cavab verib:

“Bu məsələləri planlaşdırmaq elə də asan deyil. Komandadakı ən yaxşı futbolçuları görmək istəyərik, amma onların inkişafında səhvə yol vermək olmaz. Fati əsas komandaya qoşulandan böyük fayda verdi. Son oyunda da o, öz keyfiyyətlərini göstərdi. O, bir neçə mövqedə oynaya bilər və bu xüsusiyyətləri nəzərə almağa dəyər. Neymarın gəlişi Fatinin inkişafına mane ola bilər”.

Bir müddət əvvəl komandanın baş məşqçisi Kike Setyen də Neymarı heyətdə görmək istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button