Neymar Premyer Liqa klubunun maraq dairəsində

PSJ-nin hücumçusu Neymar “Mançester Yunayted”in maraq dairəsindədir.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted” hələlik konkret təkliflə çıxış etməyə hazır deyil. Lakin bir neçə aydır ki, PSJ-nin yollarını ayırmaq istədiyi braziliyalı ilə bağlı vəziyyəti izləyir.

Neymar bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

31 yaşlı hücumçunun Paris klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button