“Neymar göründüyü qədər güclü deyil” – Dani Alveş

Braziliyanın “San Paulo” klubunun müdafiəçisi Dani Alveş PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubunun keçmiş braziliyalı müdafiəçisi, Neymarın layiq olduğu dəyəri görmədiyini bildirib:

“Neymar göründüyü qədər güclü deyil. O, uşaq kimidir və müdafiəsizdir. Edilən haqsızlıqlar ona çox zərər verdi. Neymar artıq haqqında deyilən yalanlar qarşısında səssiz qalmamalıdır. O, PSJ-nin ən vacib futbolçularından biri və dünyanın ən yaxşılarındandır, amma layiq olduğu dəyəri görmür. İnsanlar onun dəyərini anlamalı və ona hörmət etməyi öyrənməlidirlər”.

Dani Alveş və Neymar 2017-2019-cu illərdə PSJ-nin heyətində birgə çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button