Neymar “Barselona” ilə cavab oyununda da olmayacaq

PSJ klubunun futbolçusu Neymar “Barselona” ilə Çempionlar Liqasının1/8 final mərhələsinin cavab matçını da buraxmalı olacaq.

Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu ümumi qrupla məşqlərə ötən həftə qismən başlayıb. O, hazırda fərdi məşqlərini davam etdirir.

PSJ-nin digər oyunçusu Xuan Bernat fərdi məşqləri davam etdirir, Moyze Kin isə koronavirus səbəbindən təcrid olunub. Bundan əlavə, Serxio Riko şəxsi səbəblərə görə bugünkü məşqi buraxıb.

Martın 10-da keçiriləcək PSJ – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. PSJ ilk görüşdə rəqibini 4:1 hesabı ilə üstələyib. Neymar həmin qarşılaşmanı da buraxmalı olub.