“Neftçi”yə xəbərdarlıq və 6 dəqiqəyə görə 2400 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: 

Azərbaycan  Premyer Liqasının 23-cü turunun “Neftçi” – “Zirə” matçında  “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Zirə” klubunun futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Matçın ikinci hissəsi “Neftçi” klubunun səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunur. 

Matç başa çatdıqdan sonra “Neftçi” klubunun mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.

Birinci divizionun 21-ci turunun “Neftçi-2” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Ağsu” klubunun futbolçusu Kənan Əşrəfli sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 21-ci turunun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “Qaradağ Lökbatan” matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub  80 manat cərimə olunur.

Birinci divizionun 21-ci turunun “Zaqatala” – “Səbail-2” matçında “Səbail-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 44-cü dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Jarjue Maudo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Səbail-2” klubunun futbolçusu Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır klub 400 manat cərimə olunur.

Birinci divizionun 21-ci turunun “Sabah-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 67-ci dəqiqəsində “Şüvəlan” klubunun baş məşqçisi Adil Şükürov hakimə kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button