“Neftçi”nin yeni mövsüm səfər forması: “Qara qızıl” – FOTO

2026/27 mövsümünün səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır.

Komanda.az xəbər verir ki, tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.

“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb. Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir.Minimalist görünüşü, özəl naxışları və qızılı detalları ilə “Qara Qızıl” müasir dizaynı klubun tarixi ilə birləşdirir. Hər detal “Neftçi” adının haradan gəldiyini və nəyi təmsil etdiyini xatırladır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button