“Neftçi”nin rəqibləri müəyyənləşdi

“Neftçi” klubu qış fasiləsindəki təlim-məşq toplanışı çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi, bir yox, iki yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Artıq rəqiblər də müəyyənləşib. Komanda yanvarın 10-da “Qəbələ”, 14-də isə “Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı haqda məlumat veriləcək.

Təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək klubun bazasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button