“Neftçi”nin rəqibindən inamlı qələbə

“Qalatasaray” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Super Liqa təmsilçisi, Türkiyənin 1-ci liqasında mübarizə aparan “Ümraniyəspor”la qarşılaşıb.

Matç “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb – 2:0. Hesabı 6-cı dəqiqədə Radamel Falkao açıb. 80-ci dəqiqədə isə Ömər Bayram yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button