“Neftçi”nin rəqibi Bakıya gəlməmişdən əvvəl testdən keçdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Şkupi” (Şimali Makedoniya) koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bütün testlərin nəticəsi neqativ olub.

Bu gün Bakıya yola düşəcək komanda axşam məşq keçirəcək.

“Neftçi” – “Şkupi” oyunu avqustun 27-də, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button