“Neftçi”nin növbəti mərhələdəki rəqibi bəlli oldu

“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Avstriyanın “Rapid” (Vyana) klubu ilə üz-üzə gələcək.

İlk matçda Polşanın “Lexiya” (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.

“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək. Azərbaycan təmsilçisi də 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini (Limassol) iki oyunun nəticəsinə görə (0:2, 3:0) mübarizədən kənarlaşdırmağa nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button