“Neftçi”də qarşıdurma? – Qurbanov Abasovun cavabını verdi

“Neftçi”də yerli futbolçuların zəif olduğunu deyə bilmərəm. Başqa klublara baxanda heç də zəif deyillər”.

Komanda.az xəbər verir ki, bunu “Nefçi-2″nin baş məşqçisi Mahmud Qurbanov əsas komanda ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Qurbanov, futbolda axsamaların qaçılmaz olduğunu bildirib:

“Biz hansısa insanın ideal olduğunu deyə bilmərik. Axsamalar olur və bu o demək deyil ki, oyunçular keyfiyyətsizdir”.

“Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında komandasındakı yerli oyunçuların istənilən səviyyədə olmadığını demişdi:

“Yerli oyunçular bu cür oyunlara cavab vermirlər. Emin Mahmudov istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button