“Neftçi”dən səfərdə 50-ci böyükhesablı qələbə

“Neftçi” Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 35-ci turunda “Səbail”ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.

“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.

Ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button