“Turan Tovuz”dan növbəti, “Kəpəz”dən ilk qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Səbail-2” – “Zaqatala” oyununda hesab açılmayıb. Səfərdə “Qaradağ Lökbatan”la qarşılaşan “Qarabağ”ın əvəzedici komandası minimal hesabla üstün olub. “Neftçi”nin əvəzediciləri isə “Sabah-2” ilə ev oyunundan məğlub ayrılıb.

“Kəpəz” doğma meydanda “Ağsu”nu minimal hesabla üstələyib.

“Keşlə” və “Sumqayıt”ın əvəzedicilərinin duelində qonaqlar sevinən tərəf olub.

Son çempion MOİK-lə qarşılaşan “Turan Tovuz” isə ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Birinci divizion, 5-ci tur

26 sentyabr

Səbail-2 – Zaqatala 0:0
Hakimlər
: Səbuhi Bayramov, Müslüm Əliyev, Kərim Zeynalov, Etibar Həsənov.
“ASCO Arena”. 15:00.

Qaradağ Lökbatan – Qarabağ-2 0:1
Qol
: İzzət Müştaqov, 4+1.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Elmin Süleymanov, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

Neftçi-2 – Sabah-2 1:2
Qol
: Hüseyn Hüseynzadə, 20 – Vadim Abdullayev, 39. Murad Bağırov, 76.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança). 15:30.

27 sentyabr

Kəpəz – Ağsu 0:1
Qol: Nodar Məmmədov, 36-pen.
Hakimlər
: Rövşən Rəcəbov, Elman Kərimov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Gəncə şəhər stadionu. 15:30.

MOİK – Turan Tovuz 0:3
Qol: İlkin Sadıqov, 8. Elçin Qasımov, 77. Murad Hüseynov, 90+7.
Hakimlər
: Rəvan Həmzəzadə, Rza Məmmədov, Nahid Əliyev, Cahangir Yusifzadə
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

Keşlə-2 – Sumqayıt-2 0:2
Qol: İbrahim Əliyev, 66. Ali Alizade, 81-öz qapısına.
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
“ASK Arena”. 15:30.

Qeyd: 5-ci turda “Zirə-2” komandası istirahət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button