“Neftçi” Türkiyədə beynəlxalq yoldaşlıq oyunları keçirəcək

“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda fevralın 8-də Türkiyəyə yollanacaq.

Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button