“Neftçi” “Sabah”a qalib gəldi, vahid lider oldu

Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Sabah” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəlib.

Binə qəsəbə stadionunda baş tutan görüşün taleyini bir qol həll edib. “Neftçi”nin ikinci komandası bu oyundan qalib ayrılıb.

Bu qələbədən sonra “Neftçi”nin əvəzediciləri 52 xalla zirvədə qərarlaşıb. Bu komandanı 49 xala malik “Zaqatala” və 46 xallıq “Turan Tovuz” izləyir.

Birinci divizion, 18-ci turun oyunu

20 aprel

Sabah-2 – Neftçi-2 0:2
Qol
: Vüsal Əsgərov, 32. Famil Camalov, 74.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 15:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button