“Sabah” “Neftçi”yə səfərdə qalib gəldi

Misli Premyer Liqasında 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Turnir cədvəlinin lideri olan Ağdam təmsilçisi bu oyunda da xal itirmək niyyətində deyildi. Qurban Qurbanovun yetirmələri meydanı 3 cavabsız qol və növbəti 3 xalla tərk ediblər.

Dünən turun daha iki oyunu keçirilib. Əvvəlcə “Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Samir Abasovun baş məşqçi postuna qayıtmasından sonra da uğursuz çıxışını davam etdirən “Sumqayıt” isə evdə “Zirə” ilə qarşılaşıb. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Turun son oyun günündə əvvəlcə meydana “Səbail”lə “Şamaxı” çıxıb. Bu qarşılaşmada qol qeydə alınmayıb.

“Neftçi” – “Sabah” qarşılaşması isə turun son matçı olub. Bu görüş həm də, turun mərkəzi oyunu hesab olunurdu. Hər iki komanda çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibləri sayılır. Beş qolun qeydə alındığı matçda “Sabah” qələbə qazanan tərəf olub.

Misli Premyer Liqası, 11-ci tur

20 oktyabr

Qarabağ – Turan Tovuz 3:0
Qol: K.Ovusu, 2. R.Şeydayev, 42-pen. F.Ozobiç, 53.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”, 19:00

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov.

22 oktyabr

Qəbələ – Kəpəz 1:1
Qol: İ.Alimi, 20 – F.Nəbiyev, 61.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu, 16:00

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 14. Elçin Əlicanov, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadəğ, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Sumqayıt – Zirə 0:2
Qol: R.Sadıxov, 16-pen. S.Taşkın, 72.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
“Sumqayıt Arena”, 18:30

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Zirə: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 7. Filipe Paxtman.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 26. Nemanya Andelkoviç.
Baş məşqçi: Rəşad Sadıqov.

23 oktyabr

Səbail – Şamaxı 0:0
Qırmızı vərəqə: Tural Bayramlı, 42 (Səbail)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”, 16:00

Səbail: 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

Neftçi – Sabah 2:3
Qol: Ö.Buludov, 71. E.Mahmudov, 83-pen – C.L.Mikels, 37. E.Apeh, 45+7. A.İsayev, 52.
Qırmızı vərəqə: İ.Zülfüqarlı, 74.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
“Bakcell Arena”, 18:30

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button