“Neftçi” polisə, “Zaqatala” internetə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 11-ci turunun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda “Qaradağ Lökbatan” komandasının oyunçusu Nodar Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

11-ci turun “İmişli” – “Şamaxı-2” oyununda “İmişli”nin oyunçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Şamaxı-2” komandası oyun günü planının tələblərini pozduğuna görə klub 80 manat cərimə olunur.

Matçda meydançaya kənar şəxslərin daxil olmasına görə “İmişli” klubu 160 manat cərimə olunur.

Qonaq komandanın soyunub-geyinmə otağında isti suyun olmamasına görə “İmişli” klubu 80 manat cərimə olunur.

11-ci turun “Zaqatala” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının oyunçusu Raul Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Matçda internet olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə olunur.

11-ci turun “Neftçi-2” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə olunur.

“Neftçi-2” komandası meydançaya vaxtında çıxmadığına görə 80 manat cərimə olunur.

11-ci turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Qarabağ-2” komandasının oyunçusu Şirxan Həsənzadə rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 3 oyun cəzalanır, “Qarabağ-2” 160 manat cərimə olunur.

Oyun bitdikdən sonra meydançanın kənarında təhlükəsizlik təmin olunmadığı üçün kütləvi şəkildə intizamsızlıq baş verdiyinə görə meydan sahibi “Qarabağ-2” 400 manat cərimə olunur.

“Qarabağ-2” – “Kəpəz-2” oyunu bitdikdən sonra kütləvi intizamsızlıq baş verən zaman “Kəpəz-2” komandasının bəzi oyunçuları rəqib komandanın oyunçularını təhqir etdiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə olunur.

“Qarabağ-2” komandasının oyunçusu Rəhim Cəfərli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button