“Neftçi” “Ordu”ya uduzdu

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, qadın voleybolçular arasında 2 qarşılaşma baş tutub.

“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Milli Aviasiya Akademiyası”nı, UNEC kollektivi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.

Kişilərin mübarizəsində isə “Ordu” “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.

Bu matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

Qadınların Yüksək Liqasında 6-cı turun “Murov Az Terminal” – “Abşeron” qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində 6-cı tura dekabrın 13-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button