UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Ukraynanın “Zarya” (Luqansk) və Norveçin “Bude-Qlimt” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı tur oyununda UEFA nümayəndəsi olacaq.

Dekabrın 9-da Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.