“Neftçi” – “Keşlə” matçının məkanı dəyişdirildi

“Neftçi”nin mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində iyunun 10-da “Keşlə”yə qarşı keçirəcəyi yoxlama matçının stadionu dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyun öncədən nəzərdə tutulduğu kimi “Neftçi”nin bazasında yox, 8-ci km stadionunda baş tutacaq. Bunun səbəbi isə sınaq matçının “CBC Sport” vasitəsilə canlı yayımlanmasıdı.

Qeyd edək ki, “Neftçi” – “Keşlə” matçına saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button