“Neftçi” – “Keşlə” matçında tarixi debüt

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” – “Keşlə” matçı əlamətdar hadisə ilə yadda qalıb.

Komanda.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Canluka Sansone bu oyunda debüt edib. 31 yaşlı hücumçu 8-ci km stadionunda keçirilən bu matçın 82-ci dəqiqəsində yunanıstanlı Vangelis Platellasın əvəzində meydana çıxıb.

Sansone 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatları tarixində ölkəmizdə oyuna çıxan ilk italiyalı futbolçu olub.

İtaliya, milli çempionatımızda futbolçusu debüt edən 85-ci ölkə kimi tarixə düşüb.