“Neftçi” “İmişli” ilə oyuna itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının 25-ci turunda “İmişli” ilə üz-üzə gələcək “Neftçi” sözügedən matçın hazırlığı başa vurub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçı saat 19:15-də başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button