“Neftçi” cərimə olundu – Azarkeşlərinə görə

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinin davranışına görə cərimələyib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının 14-cü turunun “Sabah”la səfər görüşündə “Neftçi”nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.

“Sumqayıt” – “İmişli” qarşılaşmasının 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən 1 oyunu buraxacaq, “Sumqayıt” 1000 manat cərimə ödəyəcək.

“İmişli” komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button